AZ

Gənclərin beyni daha böyükdür, yaddaşları isə... - Tibb elmi belə deyir

İnsan beyninin böyüməsi müsbət bir şeydirmi yaxud bunun demansiya riski ilə nə əlaqəsi var?

 

Modern.az xəbər verir ki, beynin böyüməsi və demansiya xəstəliyi arasındakı əlaqə barədə tədqiqatın nəticələri "JAMA Neurology" jurnalında dərc olunub.

 

Son vaxtlar dünyada getdikcə daha çox insan həyat yoldaşının, dostunun demansiya ilə mübarizə apardığının şahidi olur. Bu, insanları demansiya əleyhinə oyunlardan tutmuş yaddaş gücləndiricilərinə və yuxunu optimallaşdırmağa qədər müxtəlif tapşırıqlara aparır.

 

Beynin böyüdüyünə dair tapıntı sözügedən əlaqəni əhatə edən bir araşdırmadan gəlir. Tədqiqat qrupu kəllə və beyin həcmlərində və korteks qalınlığında tendensiyaları araşdırmaq üçün əldə edilən məlumatları təhlil edib. Tədqiqata daxil olan 3226 iştirakçı 1930-1970-ci illər arasında anadan olub.

 

MRT müayinələri iştirakçıların orta yaşının 57 olduğu 1999-2019-cu illər arasında aparılıb. İlkin şərt olaraq, onların hamısının müayinə zamanı heç bir demensiya və ya insult keçmişi olmaması prinsipi əsas götürülüb. MRT nəticələri sonrakı illərdə doğulanlarda daha böyük kəllədaxili, hipokampal və ağ maddə həcmlərini, həmçinin kortikal səth sahəsini göstərib.

 

Beləliklə, ölçüdə dəyişikliyi nə deməkdir? Tədqiqat qrupu qeyd edir ki, daha böyük beyin həcmləri daha çox beyin inkişafı və potensial olaraq daha çox beyin ehtiyatı olduğunu göstərir. Onlar fərz edirlər ki, bu, demensiyanın azalmasına gətirib çıxarır.

 

"Hippokamp bölgəsinin həcmi vacibdir, yaddaşın qorunmasında birbaşa rol oynayır", - deyə araşdırmada iştirak edən nevroloq bildirib.

 

Həkim hipokampal həcm itkisinin adətən erkən yaddaş itkisi ilə əlaqəli olduğunu və hətta Alzheimer xəstəliyi ilə əlaqəli olduğunu vurğulayıb. Buna görə də hipokampal həcmdə irəliləyişlər müsbətdir və beyin sağlamlığı üçün potensial olaraq qoruyucu amildir.

 

Əgər beyinin böyüməsi demansiyanın azalmasına səbəb olursa və beyinin böyüməsi tendensiyası müşahidə olunursa, niyə demensiya hələ də artmaqdadır? Yəni demansiyanın statistik olaraq çoxaldığını nəzərə alsaq, beyin ölçüsünün bu artımı özü ilə bir paradoks gətirir.

 

Tədqiqatçılar müəyyən ediblər ki, insan beyni eyni anda müxtəlif yollarla böyüyür və kiçilir. Bu büzülmə (böyüyüb-kiçilmə) sinaptik budama adlanır. Bu proses beynin kifayət qədər istifadə edilməyən hissələrinin kiçilməsi, digər hissələrin isə istifadə olunduqca böyüyüb sıxılması zaman baş verir.

 

Beləliklə, demansiyanın artması tendensiyası heç də bütün hallarda beyin ölçüsü ilə əlaqəli deyil. Əksinə, sosial və ətraf mühit faktorları Alzheimer riskini artırır. Mütəxəssislər bu artan tendensiyanın əsas səbəbləri kimi sosial təcrid, əlaqənin olmaması və davamlı öyrənmənin olmamasını müəyyən edirlər. Bəzi qruplar üçün yüksək səviyyəli stress və qidalanma problemlərini də siyahıya əlavə etmək olar.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla