AZ

Babək rayonunun Naxışnərgiz kəndinin içməli su təminatı yaxşılaşdırılıb

Babək

Naxçıvan, 2 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında yaz mövsümünün yağıntılı keçməsi çaylarda, selovlarda, kaptajlarda suyun səviyyəsinin artması ilə müşahidə olunub.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Qahab kaptajında suyun səviyyəsinin artması Qahab kəndi ilə yanaşı, Naxışnərgiz kəndinin də içməli su təminatının yaxşılaşdırılmasına imkan verib. Bu məqsədlə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən Qahab kaptajından 750 metr məsafədə 110 millimetrlik plastik borularla xətt çəkilib. Çəkilən xətlər Naxışnərgiz kəndindəki artezianın mövcud paylayıcılarına qoşulub. Beləliklə, həm Naxışnərgiz kəndinin içməli su təminatı yaxşılaşdırılıb, həm də elektrik enerjisinə qənaət edilib.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla