AZ

Rəvan Həsənov: Əməkdaşlıq olmadan mədəniyyətlər arasında körpülər tikilə bilməz

Bakı, 2 may, AZƏRTAC

Müxtəlif mədəniyyətlər və inanclar arasında körpü yaratmaq inklüziv və multikultural cəmiyyətlərin xüsusiyyətidir. Əməkdaşlıq olmadan bu körpülər tikilə bilməz. Əməkdaşlıq cəmiyyətdə təcrid olunmuş və azlıq qruplar üçün inteqrasiya imkanları yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı deyib.

R.Həsənov qeyd edib ki, multikultural cəmiyyətin formalaşmasına müxtəlif maneələr yaratmaq insanlar arasında nifrətin yayılmasına səbəb olur. "Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu gün hökumətlərin və dövlətlərin qarşısında duran prioritetlər sırasındadır. Bu, çox mürəkkəb və vaxtaparan prosesdir. Amma bu, bizi ruhdan salmamalıdır. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzu gücləndirməliyik”, - deyə icraçı direktor vurğulayıb.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla