AZ

Aparat rəhbəri: Bu ilin birinci rübündə Azərbaycana gələn turistlərin sayı 39 faiz artıb

Aparat

Bakı, 2 may, AZƏRTAC

COVİD-19 pandemiyasından sonra Azərbaycan turizm sahəsini tez bir zamanda bərpa edən ölkələrdən oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov mətbuat nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, cari ilin yanvar-mart aylarında Azərbaycana 513 min 413 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz çoxdur.

“Turizm sahəsinin inkişafı ilə əlaqədar dövlət dəstəyilə həyata keçirilən tədbirlər Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Belə ki, ötən il Azərbaycanı 2,2 milyon turist ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 30 faiz artım deməkdir”, - deyə apparat rəhbəri vurğulayıb.

K. Qasımov bildirib ki, gələcəkdə İƏT ölkələri ilə birgə layihələrin həyata keçirilməsi planlaşdırılıb ki, bu da ölkəmizə olan turist səfərlərinin artmasına imkan verəcək.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla