AZ

Benzema "Real"ın bazasına nə üçün gedib?

"Əl İttihad"ın hücumçusu Kərim Benzema "Real"ın bazasına gedib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Fransalı futbolçu zədə alıb və müayinə üçün Madridə yollanıb. "Real" keçmiş oyunçusunun müayinəsinə köməklik göstərəcək.

Benzema zədə səbəbindən "Əl İttihad"ın son iki matçını buraxıb.

Forvard 2009-2023-cü illərdə "Real"da çıxış edib. O, ötən yay "Əl İttihad"a qoşulub.
Seçilən
73
Mənbələr
Şərh ()
Bağla