AZ

İƏT Azərbaycanın turizm sahəsində məqsədlərin təşviqinə sadiqliyini yüksək qiymətləndirir - Baş katib

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın təşkilatınturizm sahəsində məqsədlərin təşviqinə sadiqliyini yüksəkqiymətləndirir.

Trend xəbərverir ki, bu barədə İƏT-in baş katibi Xusrav Noziri Bakıdakeçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumundadeyib.

"Azərbaycan hökuməti turizmin inkişafı üçün az səy göstərməyib.Turistlərin bu "Odlar Yurdu"na artmaqda olan axını bundan xəbərverir. Azərbaycanın İƏT-in turizm sahəsində məqsədlərin təşviqinəsadiqliyini yüksək qiymətləndiririk. İƏT olaraq hər bir üzvdövlətin turizmin inkişafı üzrə hədəflərini dəstəkləməyə, əvvəlkikimi, sadiqik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki vəmədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran,Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regionaltəşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan,Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanında daxil olması ilə daha da genişlənib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla