AZ

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir - Rəvan Həsənov

Bakı. Trend:

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağınhəlledici yollarından biridir.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq MultikulturalizmMərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən VIÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar vəqlobal əməkdalığın təşviq edilməsi” mövzusunda panel müzakirələrizamanı deyib.

O qeyd edib ki, müxtəlif mədəniyyətlər və inanclar arasındakörpü yaratmaq inklüziv və multikultural cəmiyyətlərinxüsusiyyətidir.

"Əməkdaşlıq olmadan bu körpülər tikilə bilməz. Əməkdaşlıqcəmiyyətdən təcrid olunmuş və azlıqda qalan qruplar üçüninteqrasiya imkanları yaradır.

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağınhəlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu günhökumətlərin və dövlətlərin qarşısında duran prioritetlərsırasındadır. Azərbaycanda bu istiqamətdə mühüm tədbirlər həyatakeçirilir. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzugücləndirməliyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla