AZ

Panik atak nədir və dərmansız necə keçir?

Bəzən nəfəs ala bilməyəcək vəziyyətə gəlirik. Düşünürük ki, bu haldan çıxış yolu yoxdur və ya yenidən yaşana bilər. Ancaq bilməliyik ki, bu hal psixolojidir və elmdə \"panik atak” adlanır. 

AZXEBER.COM xəbər verir ki, Türkiyəli psixoloq Beyhan Budak panik atak olan zaman və ya sonradan nə etməli olduğunuz haqqında öz Youtube hesabında paylaşım edib. 

\" Bir çox insan panik atakın sonradan tez-tez baş verəcəyini düşünür. Amma bu belə deyil. Panik atak tamamilə qayğı problemidir. Psixoloji yardım alaraq bu problemin öhdəsindən gəlib, yaxşı nəticə əldə etmək olar. Bir çox insanlar həyatlarının bir dönəmində panik atak və ya qayğı problemi yaşayırlar. Bu bir anda baş vermir. Uzun müddət xalçanın altına yığılmış problemlər bir anda üzə çıxır. Bədən basdırılmış duyğulara reaksiya verir. Problemlərlə üzləşmək isə ideal həll yoludur. Çox zaman insanlar panik atakın ölümlə və ya ruhi xəstəliklə nəticələnəcəyindən qorxur. Amma bundan əmin olun ki, bu hal heç vaxt daha pis yolla nəticələnməyəcək. 

Əvvəlcə bu tip hallarla qarşılaşan insanlar nəfəs meditasiyası etməyi və ya düzgün nəfəs almağı məşq etməlidirlər. Həmçinin panik atak keçirəndə 5 dəqiqəlik də olsa sakit bir yerə keçin. Sakit olduğunuz bir yerdə 4 saniyə boyunca nəfəs alın, 7 saniyə o nəfəsi içinizdə tutun, sonra isə 8 saniyə boyunca o nəfəsi verin. Bunu 4,5 dəqiqə etdikdə içinizdəki stressin azaldığının şahidi olacaqsınız. 

Panik atakın ən böyük müalicə üsullarından biri isə dərdləşmək, danışmaq və ağlamaqdır. Bu halla siz öz duyğularınızı basdırmamış olacaq və daha çox xəfifləməyə başlayacaqsınız”. 

Oksana
Seçilən
103
13
Mənbələr
Şərh ()
Bağla