AZ

Dillər Universitetində “Ətraf mühitin mühafizəsi: qlobal çağırışlar və yaşıl dünya naminə həmrəylik” mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetində “Ətraf mühitin mühafizəsi: qlobal çağırışlar və yaşıl dünya naminə həmrəylik” mövzusunda tədbir keçirilib.
Ekologiya.az-ın xəbərinə görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin nümayəndələri, ətraf mühit və ekologiya məsələləri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının təmsilçiləri, tələbələr iştirak ediblər.
Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərinə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması istiqamətində görülən işlər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, habelə Nazirlik yanında İctimai Şuranın üzvü, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək ictimai Birliyinin rəhbəri Tükəzban Ağababayeva “Tullantıların idarə olunması: ətraf mühitə dost yanaşma” mövzusunda çıxış edərək tullantıların düzgün idarə olunması, növlərinə uyğun təsnifatlaşdırılması, beynəlxalq təcrübə və ölkəmizdə bu sahədə görülmüş işlər barədə məlumatlar verib, ətraf mühitin mühafizəsində ictimaiyyətin iştirakının vacibliyinə toxunublar.
Tədbir müəllim və tələbələri maraqlandıran suallar ətrafında maraqlı müzakirələrlə davam edib.
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla