AZ

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qanuni təmsilçisi olduğu "EL & EN" Firması barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

Mayın 16-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək. 

271-ci maddəyə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

"EL & EN" Firması 24 yanvar 1995-ci ildə dövlət qeydiyyatına alınıb.

Şirkət bir neçə dövlət layihələri ilə bağlı satınalma müsabiqəsinin qalibi olub. 

Elbay Qasımzadə 2012-ci ildən Azərbaycan Memarlar İttifaqının sədridir.

Hüseyn
 

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla