AZ

İran milyarder Babək Zəncaninin ölüm hökmünü ləğv edildi

8 ilə yaxındır edam cəzası ilə mühakimə olunan məşhur iranlı milyarder iş adamının cəzası 20 il həbslə əvəzlənib. Zəncaninin əfv edilməsini ölkənin dini lideri Ayətullah Əli Xamenei təsdiqləyib.

Turkustan.az xəbər verir ki, 48 yaşlı Babək Zəncani 2016-cı ildə bir sıra cinayətlərdə, o cümlədən ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq üçün neft nazirliyinə məxsus vəsaitləri mənimsəməkdə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib.

İran ədliyyə sistemi əfv tələbinin Ədliyyə Başçısı və bu cür işlərdə son söz sahibi olan ölkənin dini lideri Ayətullah Əli Xamenei tərəfindən təsdiqləndiyini açıqlayıb.

İran İnternational-ın Ədliyyə sözçüsü Əsgər Cihangirə istinadən verdiyi məlumata görə; Bu amnistiya Zəncani həbsxanada keçirdiyi son illərdə xaricdəki var-dövlətlərinin tapılmasında ədliyyə orqanları ilə əməkdaşlığa razılıq verdikdən və beləliklə, bütün pullar hökumətə qaytarıldıqdan sonra verilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla