AZ

ABŞ AZƏRBAYCANINI BU ŞİRKƏTİNƏ SANKSİYA TƏTBİQ EDİB - Rəhbəri kimdir?

Xəbər verdiyimiz kimi, ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdən məlum olub ki, məhdudiyyət 29 fiziki və 250-dən çox hüquqi şəxsə tətbiq edilib.

Sanksiyaya məruz qalanlar arasında bir Azərbaycan şirkəti də var. Bu,  “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır. Yevgeni Əliyevə 1959-cu ildə, Cahangir Əliyev  isə 1983-cü ildə anadan olub. Ancaq onlarla bağlı açıq mənbələrdə əlavə məlumat mövcud deyil.

ABŞ Maliyyə nazirliyinin açıqlamasındaiddia olunur  ki, "Lahic Energy” MMC-yə sanksiya tətbiq edilməsinin səbəbi bu şirkətin Rusiyanın hərbi-sənaye bazasını dəstəkləmək üçün müəyyən edilmiş Rusiya Federasiyası iqtisadiyyatının bir sektorunda fəaliyyət göstərməsi ilə bağlıdır. 

"Lahic Energy” MMC bununla bağlı hər hansı açıqlama yaymayıb.

Qeyd edək ki, “Lahic Energy” MMC Azərbaycanda 2019-cu ildə qeydiyyatdan keçib. Həmin vaxta qədər Rusiyada fəaliyyət göstərib. Bununla belə Azərbaycanda da müəyyən layihələrdə iştirak edib.

Şirkət əsasən “yaşıl enerji” sektorunda fəaliyyət göstərib. Onun Azərbaycanın rayonlarında 4 kiçik həcmli SES qurduğu,  Qobustanda günəş panellərinin döşənməsində iştirak etdiyi rəsmi saytında əks olunub. Həmçinin MMC fərdi evlərə də günəş panellərinin qurulması xidmətini təklif edir.

Şirkətin elektronik məhsulların satışı ilə məşğul olduğu da bildirilir. 

Elman

"AzPolitka.info"

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla