AZ

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Cari ilin birinci rübündə Azərbaycanda 384 min ton avtomobil benzini istehsal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 min ton və ya 9,9 faiz çoxdur. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın avtomobil benzini istehsalının miqdarı 349,5 min ton olub.

Qeyd edək ki, 2024-cü ilin aprelin 1-i vəziyyətinə hazır avtomobil benzini ehtiyatı 64,9 min tondur.

Əvəz Həsənov

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla