AZ

"Arsenal" onu satmağı düşünür - təkliflər dinlənəcək

"Arsenal"ın futbolçusu Qabriel Jezus yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, London klubunun rəhbərliyi braziliyalı hücumçunu satmağı düşünür. Bu barədə "The Athletic" nəşri məlumat yayıb. "Topçular" yaxşı təklif olacağı halda, Jezusu satacaq.

27 yaşlı hücumçu bu mövsüm 33 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla