AZ

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli vəxarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərininlayihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağaçağırır.

İnvestorlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən işləkbiznes, hazır layihə və biznes ideyalarla KOBİA tərəfindənyaradılmış investisiya portalından (www.invest.smb.gov.az) tanışola bilərlər. Hazırda portalda investisiya yatırılmasını gözləyən100-dən çox biznes ideya və hazır layihə mövcuddur. Portaldayerləşdirilmiş layihələrin 58-nin Bakı şəhəri və Abşeron rayonuərazisində, 43-nün isə regionlarda həyata keçirilməsi nəzərdətutulur. Layihələr əsasən sənaye, təhsil, turizm, xidmət, qida,ticarət, nəqliyyat və logistika sahələrini əhatə edir. İnvestorlarmaraqlı olduqları layihələrə borc və ya ortaqlıq şərtləri daxilindəyatırım edə bilərlər.

İnvestorlar bu layihələrə yatırım etməklə həm özləri qazanc əldəedəcək, həm də KOB-ların layihələrini dəstəkləməklə onlarıninkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərmişolacaqlar.

Eyni zamanda investorlar onları maraqlandıran sektorları qeydetməklə öz investisiya təkliflərini portalda yerləşdirə və bizneslayihələrin müəlliflərindən təkliflər ala bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalıKOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıqsubyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədiləyaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar,eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlarportalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etməködənişsizdir.

Seçilən
44
14
Mənbələr
Şərh ()
Bağla