AZ

Sinif yoldaşını bışaqladı, üzərindən “qırmızı siyahı” tapıldı – 12 yaşlı qızın etirafı polisi dəhşətə gətirdi

Macarıstanda 12 yaşlı qız sinif yoldaşını bıçaqlayıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, o, məktəbə gətirdiyi bıçağı partasının altında gizlədib. Daha sonra isəı əvvəldən planlaşdırdığı kimi sinif yoldaşına yaxınlaşaraq bıçağı kürəyinə vurub.

Yaralı 6-cı sinif şagirdi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Qızı xilas etmək mümkün olub, vəziyyətinin stabil olduğu bildirilir.

Sinif yoldaşına hücum edən şagird sorğu-sual edərkən isə daha dəhşətli faktın üstü açılıb. Məlum olub ki, onda bıçaqlamaq istədiyi digər uşaqların da siyahısı var. Sən demə, məktəbli qız hücum etmək istədiyi şəxslərin adlarını qırmızı rənglə dətərinə yazırmış. Polislər müəyyən ediblər ki, qızın qırmızı siyahısında onun qardaşı və iki əmisi oğlu da var.

Məlumatda qeyd olunur ki, məktəbdə qız aqressiv davranışı ilə seçilməyən çalışqan, sakit bir şagird kimi xarakterizə olunurdu.

Qız hazırda azyaşlılar üçün müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla