AZ

AFFA-nın əsas şəxsi millinin baş məşqçi postuna namizədlə danışıqlar aparmaq üçün…

AFFA millinin yeni baş məşqçisinin kimliyini dəqiqləşdirməyə hazırlaşır. Ötən ilin sonunda buradan ayrılan Canni De Byazini əvəzləyəcək mütəxəssis əcnəbi olacaq. Bu, artıq dəqiqdir, şübhə doğurmur. Federasiyanın yeni rəhbərliyi xarici namizədlərın qısa siyahısı müəyyənləşdirib və onlarla birbaşa təmasa keçib. İcraçı vitse-prezidenti Sərxan Hacıyev bu məqsədlə bugünlərdə ölkədən kənara çıxıb. Aprelin 2-də yeni posta təyinat alan funksioner Rövşən Nəcəfin tapşırığı əsasında namizədlərin biriylə üzbəüz görüşüb və geniş müzakirələr aparıb.
Hacıyev səfərin nəticəsiylə bağlı raportunu İcraiyyə Komitəsinin qarşıdakı toplantısında açıqlayacaq. Bu yığıncağın isə mayın 15-dək keçirilməsi planlaşdırılır.
SPORTİNFO.AZ

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla