AZ

İsveçrə Nazirlər Kabineti Ukrayna üzrə konfransın tarixlərini təsdiqləyib

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə konfrans keçiriləcək.

"Reuters" xəbər verir ki, bunu mayın 2-də İsveçrə hökuməti təsdiqləyib.

İndiki mərhələdə Rusiya konfransda iştiraka dəvət edilmir. Mesajda aydınlıq gətirilir ki, tədbir Ukrayna münaqişəsində sülhün təşviqinə yönələcək.

"İsveçrə əmindir ki, Rusiya bu prosesdə iştirak etməlidir" hökumətin bəyanatında qeyd olunur, çünki "Rusiya Federasiyası olmadan sülh prosesi mümkün deyil".

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla