AZ

Aİ Qarabağda minaların təmizlənməsinə yenə dəstək verəcək - Səfir

Avropa İttifaqı (Aİ) Qarabağda minaların təmizlənməsi prosesinə dəstək olacaq. Bu barədə report Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya istinadla yazıb. 
 
"Azərbaycanı prioritet sahələrdə dəstəkləməkdə davam etmək niyyətindədir və ən vacib məsələlərdən biri azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Avropa İttifaqı minatəmizləmə sahəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Bu, uzunmüddətli əməkdaşlıqdır. Aİ müstəqilliyin ilk illərindən Azərbaycanın yanında olub. İnsanlar üçün vacib olan sahələrdə, o cümlədən məcburi köçkünlərə dəstək, ərzaq təhlükəsizliyi, mənzil şəraitinin yaxşılaşdırılması və iqtisadi əməkdaşlığın artırılması kimi istiqamətlərdə dəstək göstərir”, - o jurnalistlərə açıqlamasında deyib. 
 
2020-ci il hərbi əməliyyatlarından sonra minatəmizlə prosesində Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən 4% maliyyə dəstəyi göstərilib.
 
2023-cü il dəstək göstərən təşkilatın statistikası hələlik açıqlanmayıb. Amma, indiyə qədər ən böyük dəstək Avropa İttifaqından gəlib. Proses üçün 5 250 000 avro ayırıb. ABŞ 4 225 000, Fransa 500 000, Yaponiya 72 480 dollar yardım dəstəyi göstərib. Ümumilikdə minaların təmizlənməsinə 10 354 530 dollar dəstək yardımı olunub.
 
Sədr vurğulayıb ki, ümumilikdə Azərbaycana minaların təmizlənməsi üçün 25 milyard ABŞ dolları lazımdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla