AZ

"Dağıstanda 14 dövlət dili mövcuddur" - Konstantin Kosoçov

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, konfransda çıxış edən Türk PA-nın Baş katibi Məhmət Sürəyya Ər türk dövlətlərinin türk mədəniyyətinin varisləri olduğunu diqqətə çatdırıb:

"İnkişafımız üçün bir olub, birlikdə hərəkət etməliyik. Bilməliyik ki, mədəni irsin qorunması türk dövlətlərinin birliyindən keçir. TürkPA dövlətlərarası əlaqələrin genişlənməsi üçün daim faydalı layihələr həyata keçirir".

Rusiya Federasiyası Şurasının sədr müavini Konstantin Kosoçov isə qeyd edib ki, mədəni irsin qorunmasında Rusiyanın çox böyük təcrübəsi var.

"Ölkəmizdə mədəni irsin qorunmasında federal qanunların əhəmiyyətli rolu var. Biz bu təcrübəni hər kəslə bölüşməyə hazırıq. Rusiyada 193 xalq yaşayır. Bu xalqların hər birini öz dili var, elə nümunə üçün deyim ki, Azərbaycan sərhədində yerləşən Dağıstanda 14 dövlət dili mövcuddur. Rusiya onun sərhədləri çərçivəsində yaşayan bütün xalqlara tolerant münasibət göstərir və mədəni irsin qorunması istiqamətində mühüm addım atır"- deyə Kosoçov bildirib.


Müəllif: Nərmin Muradova
Seçilən
22
Mənbələr
Şərh ()
Bağla