AZ

"Eurovision"da Fələstin bayrağı və siyasi şüarlar qadağan ediləcək

"Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi İsveçin “Malmö Arena” idman-əyləncə kompleksində Fələstin bayrağı, eləcə də siyasi şüar və simvollar qadağan olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

Məlumata görə, yarışmada yalnız iştirakçı ölkələrin bayraqlarına icazə verilir. Bayraq, hər hansı digər simvol və ya afişa gətirməyə çalışanlar girişdə dayandırılacaq.

Yarış zamanı arenada genişmiqyaslı anti-İsrail etirazları gözlənilir. Təhlükəsizliyi təmin etmək üçün İsveç polisinin əsas qüvvələri bölgəyə göndəriləcək və bu işdə Norveç və Danimarkadan olan hüquq-mühafizə orqanlarının əməkdaşları da onlara köməklik göstərəcəklər..

Qeyd edək ki, mayın 7-də və 9-da yarımfinalları, mayın 11-də isə finalı keçiriləcək "Eurovision"a müxtəlif ölkələrdən 100 minə yaxın insanın gələcəyi gözlənilir.

 

Gözəl Həşimova

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla