AZ

Sürücülər “Uber”i məhkəməyə verdi: 15 min manat alacaqlar

İngiltərədə 11 minə yaxın taksi sürücüsü 2012-2018-ci illər arasında Londonda taksi rezervasiya qaydalarını pozması səbəbilə “Uber”ə qarşı iddia qaldıracaq.

Publika.az xəbər verir ki, “Uber”in 2012-ci ilin mayından 2018-ci ilin martına qədər Londondakı fəaliyyətləri ilə bağlı bu gün Britaniya Ali Məhkəməsində qrup iddiası qaldırılacaq.

Təxminən 11 min sürücü iddia edir ki, “Uber”in ictimai nəqliyyat sistemi operatoru “Transport for London” taksi sifarişi sistemini doğru yönəltməyib. Bununla da ciddi qaydaları pozub.

"RGL Management" şirkəti sürücülərin iddiasının ən az 1 milyon 500 min manat dəyərində olduğunu və hər sürücünün təxminən 15 min manat alacağını açıqlayıb.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla