AZ

“Yuventus” onu İtaliyaya qaytarır

“Yuventus” Bremerin gedişinə hazırlaşır. İngiltərə klublarının transfer etmək istədiyi Braziliya yığmasının müdafəçisinin əvəzləyicisi tapılıb.

Futbolinfo.az xəbər verir ki, turinlilər aparıcı üzvünü satıb Kim Min-Jaeni heyətinə qatmaq niyyətindədir. “Bayern”də çıxış edən cənubi koreyalı İtaliyaya qayıtmaq istəyir. “Yuventus” bu şansdan istifadə etmək üçün 55 milyon avro xərcləməyə hazırdır. Çünki Bremeri daha böyük məbləğə satacağından əmindirlər.

27 yaşlı Kim ötən yay “Napoli”ni tərk edib Münhenə getmişdi. O, Almaniyadakı həyatından məmnun olmadığı üçün rəhbərlikdən satılmasını istəyib.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla