AZ

İranda nazir müavinin qazanla fotosu ələ salındı

Tehranda keçirilən “İran Expo” sərgisində İranın sənaye nazirinin müavini Məhəmməd Mehdi Bəradəraninin qazanla çəkilən fotosu istehzaya səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediasında, o cümlədən sosial şəbəkələrdə yazılar dərc edilib. Media fəalları ölkənin qazan ixracatı ilə fəxr etməsini və nazir müavininin bunu uğur kimi qələmə verməsini “strateji məhsul: sirli qazan ixracı” başlığı ilə yayıblar.

Nazir müavini isə belə yanaşmanı “ixrac məhsuluna sarkazm” adlandıraraq, tənqidçiləri məntiqsizlikdə ittiham edib.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla