AZ

Nümayişçilər Gürcüstan parlamentini iclası ləğv etməyə məcbur ediblər

Gürcüstan parlamentinin aparatı mayın 2-nə planlaşdırılan iclası ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə qanunverici orqan məlumat yayıb.

Bu qərar mayın 1-də nümayişçilərin xarici agentlər haqqında qanun layihəsinə qarşı parlament binasına soxulmaq cəhdi ilə əlaqədar qəbul edilib.

“Mayın 1-də Gürcüstan etirazçıların hücumu nəticəsində parlament binasına və infrastruktura ziyan dəyib. Bu gün parlamentdə planlaşdırılan tədbirlər (büro və plenar iclas) baş tutmayacaq”, – məlumatda deyilir.

Azpost.info

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla