AZ

Türkiyədə şiddətli yağış bir çox çətinliklər yaradıb

Türkiyədə

İstanbul, 2 may, Günel Karatepe, AZƏRTAC

Artıq bir neçə gündür Türkiyə ərazisində yağan leysan yağışlar dünən axşam saatlarından etibarən xüsusilə bir neçə vilayətdə təsirini daha da artırıb.

AZƏRTAC xəbər verir ki, yağıntı səbəbindən paytaxt Ankarada metro stansiyalarını su basıb. Bu gün səhər saatlarında şəhərdə metro səfərləri təxirə salınıb. Ankara ilə yanaşı, bir neçə şəhərdə yolları su basıb.

Bəzi vilayətlərdə güclü yağış nəticəsində əkin əraziləri su altında qalıb. Xüsusilə yeni əkilmiş qarğıdalı sahələrinə ciddi ziyan dəydiyi bildirilir. Türkiyənin ən quraq və ən az yağışlı bölgəsi olan Konyanın Karapınar rayonuna bir gündə kvadratmetrə 50 kiloqram yağıntı düşüb.

Ölkə ərazisində yağışlı hava şəraitinin daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. Hidrometeoroloqlar bu gün Türkiyənin 34 vilayətində gözlənilən şiddətli yağışla bağlı əhaliyə xəbərdarlıq ediblər.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla