AZ

Ankarada metronu su basdı

Bakı. Trend:

Artıq bir neçə gündür Türkiyə ərazisində yağan leysan yağışlardünən axşam saatlarından etibarən xüsusilə bir neçə vilayətdətəsirini daha da artırıb.

Trend xəbər verir ki, yağıntı səbəbindən paytaxt Ankarada metrostansiyalarını su basıb.

Bu gün səhər saatlarında şəhərdə metro səfərləri təxirə salınıb.Ankara ilə yanaşı, bir neçə şəhərdə yolları su basıb.

Bəzi vilayətlərdə güclü yağış nəticəsində əkin əraziləri sualtında qalıb. Xüsusilə yeni əkilmiş qarğıdalı sahələrinə ciddiziyan dəydiyi bildirilir. Türkiyənin ən quraq və ən az yağışlıbölgəsi olan Konyanın Karapınar rayonuna bir gündə kvadratmetrə 50kiloqram yağıntı düşüb.

Ölkə ərazisində yağışlı hava şəraitinin daha bir neçə gün davamedəcəyi proqnozlaşdırılır. Hidrometeoroloqlar bu gün Türkiyənin 34vilayətində gözlənilən şiddətli yağışla bağlı əhaliyə xəbərdarlıqediblər.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla