AZ

“Azərbaycan qoymarıq” deyir: Axı sən kimsən? - Durum dəyişir

Fransa səfirini məsləhətləşmələr adı altında geri çağıranda bunun uzun çəkməyəcəyini söyləmişdik. Çünki diplomatik təmasları kəsmək heç kəs üçün o qədər də maraqlı deyil. Bu, sadəcə olaraq şahmat oyunu kimi gedişdir. Məqsəd təzyiq etmək idi.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Xarici işlər naziri olarkən biz də bəzən səfirləri çağırıb məsələhətləşmələr aparırdıq. Amma bunu açıq şəkildə mediaya yaymırdıq. Fransa isə hər şeyi tərsinə etdi. Hətta səfiri məsləhətləşmələr adı ilə geri çağıranda həmin məlumatı Fransa xarici işlər naziri deyil, Yelisey sarayı verdi”, - deyə o qeyd edib.

Sabiq nazir hesab edir ki, Fransa bu gedişlə Azərbaycana təzyiq etmək istəyirdi:

“Bu, əslində ehtiyac olmayan bir addım idi. Səfiri geri çağırıb sonradan onu göndərmək də məntiqsizdir. Deyərlər ki, nə üzlə indi geri göndərirsən? Ona görə də, bu kimi addımları ciddi qəbul etmək lazım deyil”.

Elmar Məmmədyarov bu günlərdə AŞPA və Azərbaycanla bağlı bir sıra məsələlərin gündəmdə olmasına da münasibət bildirib:

“Almaniyalı deputat Frank Şvabe durmadan Azərbaycana qarşı qara piar aparır. O da kimlərinsə əli ilə Bakıya təzyiq etmək üçün ortaya atılıb. Məqsədləri odur ki, Azərbaycan onların dediyi ilə oturub-dursun. Bu isə mümkün deyil. Amma buna baxmayaraq AŞPA-da olan deputatlarla işləmək lazımdır. Şvabe bu gün əsassız məsələlərdən danışır, “Azərbaycan qoymarıq və sair” kimi ritorikalardan istifadə edir. Axı sən kimsən? Ona Azərbaycanın daxili işlərinə qarışmağa heç kəs ixtiyar verməyib”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
85
Mənbələr
Şərh ()
Bağla