AZ

Cek Noel Gerard: Biz qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndiririk

Cek

Bakı, 2 may, AZƏRTAC

Biz qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndiririk. Dünyanın bütün inanclarında özünü göstərən bütün dəyərlərə hörmət edirik.

AZƏRTAC xəbər verir ki, bunu İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə prezidenti Cek Noel Gerard VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı deyib.

“Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanın qarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıq çərçivəsində həqiqətən dəstəyə ehtiyacı olan şəxslərə ləyaqətli şəkildə kömək göstərə bilərik”, - deyə Cek Noel Gerard vurğulayıb.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla