AZ

Rövşən Nəcəfin AFFA-da bir ayı: Nə iş görüb?

Ötən ay - aprelin 2-də AFFA-da Hesabat-seçki konfransı keçirildi. Həmin iclasda federasiyanın yeni rəhbərliyi müəyyənləşdi. SOCAR-ın prezidenti Rövşən Nəcəf qurumun dördüncü rəhbəri seçildi.

Artıq bir aydır AFFA yeni rəhbərlik tərəfindən idarə olunur. Ölkə futbolundakı vəziyyəti nəzərə alsaq, ictimaiyyətin, azarkeşlərin yeni dönəmdən gözləntiləri böyükdür. Milli komandalar, ölkə çempionatı, uşaq futbolu, infrastruktur və s. məsələlər var ki, həllini gözləyir.

Geridə qalan bir ay ərzində AFFA-nın yeni rəhbərliyinin fəaliyyətini necə qiymətləndirmək olar? Nə gözləntiniz vardı, nə iş gördülər? Bu sualı futbol ictimaiyyətinə ünvanladıq.

Milli komandamızın sabiq üzvü, futbolçu karyerasını bitirdən sonra fəaliyyətini funksioner kimi davam etdirən Ceyhun Sultanov mövsümün sonunu gözləməyi məsləhət bilir:

"AFFA-nın yeni rəhbərliyinin fəaliyyətindən bir ay keçsə də, heç nə deyə bilmərəm. Çünki hələ heç nə görülmüyüb ki, nəsə deyə bilim. Zamana ehtiyac var. Bir müddət sonra nəsə danışmaq olar. Çünki hələ heç nə görünmür. Yəqin ki, mövsümün bitməsini gözləyirlər. Bundan sonra müəyyən qərarlar verərlər. Yalnız bundan sonra fikir bildirmək olar".

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla