AZ

ABŞ səfirliyi: Gürcüstan demokratiyası risk altındadır

ABŞ-ın Gürcüstandakı səfirliyi hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı bəyanat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, diplomatik nümayəndəliyin bəyanatında parlamentin ikinci oxunuşundan keçmiş “xarici təsir” qanununun Kremldən ilhamlandığı qeyd edilib. Səfirlik sözügedən qanun layihəsini və hökumət rəsmilərinin qanunu müdafiə etmək naminə səsləndirdikləri “saxta narrativ”i qınadığını bəyan edib.

“Bu qanun və “Gürcü Arzusu”nun anti-Qərb ritorikası Gürcüstanı təhlükəli trayektoriyaya gətirib. Gürcüstan hökumətinin bəyanatları və əməlləri Aİ və NATO üzvlüyü üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir, ona görə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təhlükəyə atır”, - bəyanatda qeyd olunub.

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla