AZ

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeniistiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib.Ümumilikdə 300 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləriarasında bölüşdürülüb.

Qeyd edək ki, ölkəmizin qiymətli kağızlar bazarının inkişafına,vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağaxidmət edən “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞdolları, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmimilyon) ABŞ dollarıdır. Yeni istiqrazlar illik 6% kupon dərəcəsiilə emissiya edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən istiqrazlar ilk dəfə2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətəburaxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterqismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavülmüddəti ərzində investorlara 2,400,000 ABŞ dolları məbləğində faizgəlirləri qazandırıb.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla