AZ

Vilayət Eyvazov ISSF-nın qızıl medalı ilə təltif olunub

Azərbaycan Atıcılıq Federasiyasının (AAF) və Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) rəhbərləri arasında görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüş Bakıda keçirilən Dünya kubokunun açılış mərasimi ərəfəsində baş tutub.

ISSF-in prezidenti Luçiano Rossi ilə baş katibi Alessandro Nikotra di San Giakomo AAF-ın prezidenti Vilayət Eyvazov və vitse-prezidenti İsmət Əliyevlə bir sıra məsələləri müzakirə ediblər. Görüşdə Bakı Atıcılıq Mərkəzinin strukturu daxilində gələcək əməkdaşlıqlar, Azərbaycanın atıcılıq idman növünə göstərdiyi böyük ənənə və fədakarlıqla da bağlı söhbət olub.

Rossi AAF prezidentini Eyvazovu ISSF-nın qızıl medalı və İtaliya Olimpiya Komitəsinin 100 illiyi ilə bağlı xatirə kitabı ilə təltif edib.

Qeyd edək ki, Bakıda keçirilən Dünya kuboku mayın 12-dək davam edəcək.

İdman.biz

Seçilən
90
2
Mənbələr
Şərh ()
Bağla