AZ

"Prezident Kuboku": Azərbaycan avarçəkəni qızıl medal qazanıb

Bakı, 2 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir.

AZƏRTAC xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışın ikinci günündə Azərbaycan avarçəkəni Əlimurad Hacızadə birnəfərlik kayak qayığı ilə 500 metr məsafəni hamıdan tez qət edərək qızıl medal qazanıb.

Reqatanın Suqovuşan mərhələsində isə Azərbaycanın digər avarçəkəni Amil Ramazanov (2006-2007) birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda üçüncü olub.

Qeyd edək ki, yarışa mayın 3-də yekun vurulacaq.

 

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla