AZ

Orta Dəhliz müstəsna alternativ kimi sürətlə populyarlıq qazanır - Levan Davitaşvili

Tbilisi. Trend:

Hazırkı mürəkkəb qlobal vəziyyətin və təchizat zəncirlərininşaxələndirilməsinə artan tələbatın fonunda Orta Dəhliz Qara dənizlimanları və ya quru yol marşrutları vasitəsilə Avropa və Asiyaarasında ticari axınların asanlaşdırılması üçün müstəsna alternativkimi sürətlə populyarlıq qazanır.

Trend xəbərverir ki, bu barədə Gürcüstanın Baş nazirin birinci müavini,iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili TbilisidəAsiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantılarıngücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji vəRəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının YenidənFormalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışındadeyib.

"Bunun üçün biz dəmir yollarının, Bakı-Tbilisi-Qars dəmir yoluxəttinin, Şərq-Qərb avtomagistralının, dərinsulu Anaklia limanınınmodernizasiyası və s. kimi müxtəlif layihələrin köməyilə ölkəninnəqliyyat şəbəkəsini aktiv şəkildə inkişaf etdiririk. Bu stratejiinvestisiyalar Gürcüstanın Avropa və Asiya arasında birləşdiricikörpü rolunun gücləndirilməsinə yönəlməklə yanaşı, daima artannəqliyyat axınlarının təmin edilməsi üçün müvafiq imkanlaryaradır", - o deyib.

O, Gürcüstanın AİB ilə uzunmüddətli əməkdaşlığa malik olduğunuqeyd edib.

"Müxtəlif mühüm infrastruktur layihələrinə 4,5 milyarddollaradək investisiya qoyulub. Bugünkü tədbir həm də ümumi vədayanıqlı inkişaf üçün, xüsusən pandemiya və geosiyasi münaqişələrnəticəsində regiondakı çağırışların fonunda həlledici əhəmiyyətkəsb edir. Pandemiyanın səbəb olduğu böyük makroiqtisadi təsirəbaxmayaraq, böhranlar regionların sürətləndirilmiş iqtisadiinkişafı istiqamətində işlərin təkrar yönəldilməsi vəgücləndirilməsi üzrə yeni yanaşmalar və innovativ ideyalardoğurub", - o deyib.

L.Davitaşvili bugünkü "Bağlantıların gücləndirilməsi" tədbirininçox mühüm olduğunu, geniş anlamda bağlantının bir çox sahələri, ocümlədən, rabitə, energetika və nəqliyyatı əhatə edir ki, bu daölkələrimizə və iqtisadiyyatlarımıza sinergetik və kumulyativ təsirgöstərir.

"Qeyd etmək lazımdır ki, post-pandemiya dövründə Gürcüstanıniqtisadi artımı ikirəqəmli göstəriciyə çataraq 2021 və 2022-ciillərdə müvafiq olaraq 10,6% və 11% olub. Tendensiya 2023-cü ildə7,5% və 2024-cü ilin yanvar-fevral aylarında 7,7% artım sürəti ilədavam edib. Struktur islahatları ilə yanaşı regional bağlantılarınmöhkəmləndirilməsi iqtisadi sabitliyi və dayanıqlı uzunmüddətliartımı təmin etməyə kömək edir", - o deyib.

Baş nazirin birinci müavini strateji müttəfiqlik layihələrininicrasının sürətləndirilməsində özəl sektorun və beynəlxalq maliyyəinstitutlarının həlledici rol oynadığını qeyd edib, həmçinin AİB-əvə digər maliyyə institularına Gürcüstanda keyfiyyətliinfrastrukturun qurulmasında uzunmüddətli dəstəklərinə görəminnətdarlığını bildirib.

İqtisadiyyat naziri, həmçinin, Gürcüstanın enerji bağlantılarınöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə,Qara dənizin dibi ilə sualtı kabelin çəkilişi layihəsi dahaiddialıdır və regional bağlantıları möhkəmləndirəcək.

"Bu flaqman layihənin həm Avropa, həm də Qafqaz üçünəhəmiyyətini nə qədər qiymətləndirsək azdır - o, təkcə tədarükmarşrutlarının şaxələndirilməsinə və tədarük risklərinin azalmasınaxidmət etmir, həm də Gürcüstanda və daha geniş regionda bərpaolunan enerji mənbələrinin inkişfına köməklik üçün böyük potensialamalikdir", - o deyib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Gürcüstan bu ilAİB-in illik tədbirinə ev sahibliyi edir.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantınınmövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla