AZ

Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Azərbaycan Respublikasının kompleks formada müxtəlif istiqamətlərdə günü-gündən inkişaf etməsi, ölkə prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində beynəlxalq arenada qazanılan qələbələr, xalqın rifahının yüksəldilməsinə xidmət edən iqtisadi layihələrin icrası, sabitlik və əmin-amanlığın təmin edilməsi və digər müsbət meyarlar ölkəmizə qarşı düşmən mövqe sərgiləyən və əlverişli mühit yaranan kimi düşmənçilik siyasəti yürüdən pozucu qüvvələr tərəfindən böyük qısqanclıqla qarşılanır.

Son zamanlar bu qısqanclıq fonunda düşmən qüvvələr tərəfindən Azərbaycanda daxili sabitliyi pozmaq, qarşıdurmalar yaratmaq, cəmiyyətdə dövlətə qarşı fəqrli fikir formalaşdırmaq məqsədilə köhnə eyni zamanda uğursuz taktika sayılan ölkəmizdə yaşayan xalqların mövqeyindən istifadə etmək kimi çirkin planlar bu dəfə də fərqli formada icra olunmaqdadır.

Azərbaycan bütün dövlərdə tolerant və multikultural dövlət kimi tanınmış, burada məskunlaşmış xalqlar sülh şəklində bir-birilə qarşılıqlı anlayış formasında yaşamışlar. Əsasən vətən müharibəsi zamanı ölkəmizdə yaşayan milli azlıq nümayəndələrinin qəhrəmanlıq və birlik nümunələrini, eləcə də ölkəmizin parlaq qələbəsini həzm edə bilməyən separatçı qüvvələr tərəfindən Azərbaycanda separatçı mühitin formalaşdırılması istiqamətində aktiv tədbirlər həyata keçirilməkdədir.

İnterpress.az-ın araşdırmasına görə, özlərinə Azərbaycanda tərəfdaş tapa bilməyən bu qüvvələr xarici ölkələrdə, xüsusilə Avropada məskunlaşmış “milli fədailər”in iştirakı ilə mədəni dəyərlərin qorunması adı altında İranın Rəşt şəhərində tədbir təşkil edib, eyni zamanda qeydiyyatdan keçiriblər.

Konfransdakı bir çox məqamlar Azərbaycandakı etnik xalqları, xüsusilə talışları radikal separatçılıq ideoligiyasına cəlb etmək xarakteri daşıyıb. Xüsusilə bu baxımdan hazırda Hollandiyada yaşayan və həmin tədbirə məqsədyönlü şəkildə dəvət olunan Boris Talışınskinin təxribat xarakterli çıxışı düşmənin iç üzünü ortaya qoyub.

Bundan əlavə Almaniya Federativ Respublikasında məskunlaşan, düşmən dairələrlə əlbir olan, özünü talışların sözcüsü kimi qələmə verən Rəhim Mirzəyevin vasitəsilə “Avropa Talışların Koordinasiya Mərkəzi” adlı təşkilat təsis edilib. Əsas hədəf, keçmiş dövrlərdə olduğu kimi, talış kartından istifadə etməklə Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna təsir göstərmək, milli birlik və tolernatlıq mühitini korlamaqdan ibarətdir.

Bu təşkilat öz çirkin niyyətlərini arxa planda saxlayaraq, guya talışların “pozulmuş hüquqları”nın qorunması məsələsini Avropa Şurası, BMT və digər təşkilatlar önündə qaldıracağını, həmin təşkilatlarda müşahidəçi qismində iştirak edəcəyini hədəfləyir. Absurd və nəticəsi olmayan hədəflər quraraq əhalinin dövlətə bağlılığına, milli ideologiyasına, eləcə də vətənpərvərlik mühitinə təsir göstərmək niyyəti Azərbaycanı parçalamağa yönəlmiş, məntiqsiz və şüursuz formada həyata keçirilən ənənəvi fəaliyyətdir.

Avropa ölkəsində yaşayan Boris Talışınskinin İrana səfər edərək qeyd olunan tədbirdə çıxış etməsi, sözügedən təşkilatın Almaniyada qeydiyyatdan keçməsi kimi hadisələr talış xalqının mövqeyindən istifadə edərək Azərbaycana təzyiq göstərmək, onların bölgədəki maraqlarının qəbul edilməsinə nail olmaq və digər şəxs maraqların icrasına nail olmaq məqsədi daşıyır.

Bu qüvvələr birdəfəlik anlamalıdır ki, Azərbaycanda yaşayan talışlar və digər xalqlar öz yaşadıqları doğma yurda bağlıdırlar, lazım gələrsə, uğrunda canlarından keçərlər və düşmənin “sizin hüquqlarınızı qoruyacayıq, mədəniyyətinizi inkişaf etdirəcəyik” kimi yalan ifadələrin təsiri altında “alət” rolunu icra etməkdən fəndlərinin təsiri altına düşməzlər.

İnterpress.az-ın araşdırma qrupu

 

Seçilən
56
3
Mənbələr
Şərh ()
Bağla