AZ

Təhlükəsizlik səbəbindən 163 abidənin inventarlaşdırılması həyata keçirilə bilmir

İqlim dəyişikliyi ilə bərabər, müharibələr də xeyli sayda mədəni və təbii irsin dağıdılması ilə nəticələnir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı panel sessiyasında çıxışı zamanı deyib. O xatırladıb ki, torpaqlarımızın 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı mədəni və təbii irsimizin dağıdılmasına gətirib çıxarmış, bizim milli irsimiz mədəni soyqırımına məruz qalıb:

"Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, işğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalmış, 47 abidə yer üzündən silinib, 163 abidə Təhlükəsizlik səbəbindən inventarlaşdırılma aparılmayan abidələrdir. Bu abidələr əsasən mina və sursat partlayışı riski olan ərazilərdədir. Bu abidələrin bərpası və konservasiyası Böyük Qayıdışın prosesinin tərkib hissəsidir. Mədəni irsin qorunması və gələcək nəsillərə tam şəkildə çatdırılması qarşımızda duran əsas vəzifələrdəndir", - deyə o qeyd edib.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla