AZ

HƏMAS üzvündən atəşkəs bəyanatı

HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan, "Son atəşkəs təklifi ilə bağlı mövqeyimiz mənfidir. Bununla belə, danışıqlar hələ də davam edir" dedi.

Turkustan.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan vasitəçilərin təqdim etdiyi və İsrailin yaşıl işıq yandırdığı son atəşkəs təklifi ilə bağlı Livan mediasına açıqlama verib.

Həmdan, "Son atəşkəs təklifi ilə bağlı mövqeyimiz mənfidir. Bununla belə, danışıqlar hələ də davam edir" dedi. dedi. Həmdan, həmçinin İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə çoxdan gözlənilən quru hücumuna başlayarsa, danışıqların dayandırılacağını vurğulayaraq, “Düşmən Rəfah əməliyyatını həyata keçirərsə, danışıqlar dayandırılacaq və müqavimət (Həmas) atəş altında danışıqlar aparmayacaq”.

HƏMAS-ın verdiyi açıqlamada mənfi münasibətin danışıqların dayandığı anlamına gəlmədiyi bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla