AZ

Vaşinqton Tbilisini təhdid etdi -"Kremldən ilhamlanıblar","Aİ və NATO yolu bağlana bilər"

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Metyü Millerin sözlərinə görə, xarici agentlət barəsində qanun layihəsini qəbul eləməyə hazırlaşan və "Qərbdən uzaqlaşma siyasəti yürüdən" Gürcüstan bununla da özünün NATO və Avropa Ä°ttifaqındakı perslektivlərini risk altında qoyur.
Millerin açıqlamasında qeyd olunur ki, Gürcüstan hökumətinin bəyanatları və atdığı addımlar AÄ° və NATO-ya daxil olmaq üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir, ölkənin Avroatlantika inteqrasiyasına gedən yolunu təhdid altında qoyur.
Miller ABŞ-ın artıq 32 il Gürcüstan iqtisadiyyatına yardım elədiyini xatırladıb, lakin Tbilisinin bu dəstəyin effektliliyini dəstəkləmədiyini, həmçinin, Gürcüstanda etirazçılara qarşı güc tətbiq edilməsinin ABŞ tərəfindən qınandığını söyləyib.
Millerin fikrincə, Gürcüstanda qızğın mübahisələr doğuran qanun layihəsi Moskva tərəfindən "ilhamlanıb".
Hürr Tərcüman

 

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla