AZ

Rusiyanın İranla ticarəti sanksiyalar ucbatından rentabelli ola bilməyib

Rusiya biznesi milli valyutalarda ödənişlərə keçdikdən sonra Ä°ranla ticarətdə itkilər yaşayır. Rusiyanın Xarici Ticarətin Ä°nkişafı Şurasının Ä°darə Heyətinin sədri Maksim Çereşnevin dediyinə görə, Rusiya şirkətləri orta hesabla hər pul köçürməsi ilə Ä°randakı bazar məzənnəsi ilə dövlət nisbəti arasındakı uyğunsuzluq səbəbindən təxminən 20-25% itirirlər. Bu barədə “Ä°zvestiya” məlumat verib.
Çereşnev xatırladıb ki, hər iki ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən Moskva və Tehran ödənişləri dollar və avro ilə həyata keçirə bilmir.
Ä°ranın Rusiyadakı səfirliyinin attaşesi Rəhimi Möhsün bildirib ki, bunun fonunda Rusiya və Ä°ran mərkəzi bankların rəqəmsal maliyyə aktivlərinə (DFA) və rəqəmsal valyutalarına keçid imkanlarını araşdırmağa başlayıblar. Söhbət rəqəmsal rubl və kripto-rial kimi alətlərdən gedir. Rəhimi qeyd edib ki, rəqəmsal aktivlər və valyutalarla ödənişlər dövlətlər arasında ticarəti sadələşdirə və sanksiyaların təsirlərini potensial olaraq azalda bilər. Ä°ran nümayəndəsi əlavə edib ki, hələlik yeni ödəniş üsullarına keçid üçün heç bir infrastruktur və qaydalar yoxdur.

Ülviyyə, Hurriyyet.az

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla