AZ

Avropa İttifaqı Livana bir milyard ayırdı: Tələb nədir?

Avropa İttifaqı islahatlar və miqrasiya ilə mübarizə səyləri müqabilində 2027-ci ilə qədər Livana 1 milyard avro yardım ayıracaq.

Publika.az xəbər verir ki, bu barədə Livanda keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

"Dəstəyimizi vurğulamaq üçün mən Livana bu ildən 2027-ci ilə qədər köçürüləcək 1 milyard avroluq yardımı elan edirəm", - o bildirib və izah edib ki, bu proqram təhsil, bank sektoru, silahlı qüvvələr və təhlükəsizlik qüvvələri sahəsində islahatlar, ən əsası isə miqrasiya ilə mübarizə üçün nəzərdə tutulub.

“Biz ölkənin silahlı qüvvələrinə və daxili təhlükəsizlik qüvvələrinə dəstək verəcəyik. Qaçqınlar üçün Avropaya qanuni marşrutları dəstəkləmək və qeyri-qanuni miqrasiya və insan qaçaqmalçıları ilə mübarizə aparmaq üçün Livanın Aİ sərhəd təhlükəsizliyi agentliyi ilə əlaqə saxlaması vacibdir”, - Ursula fon der Leyen əlavəe dib.

O, həmçinin Livanın suriyalı qaçqınların qəbulunda rolunu alqışlayıb və qaçqınların evlərinə qaytarılması üçün proqramların həyata keçirilməsini müdafiə edib.

Seçilən
68
7
Mənbələr
Şərh ()
Bağla