AZ

Türkmənistanda məmurlar Berdıməhəmmədovların təsviri olan qol saatı almağa məcbur edilir – FOTO

Türkmənistanda dövlət qurumlarının rəhbərləri Berdıməhəmmədovun ata və oğlunun təsvirləri olan qol saatları almağa “məcbur edilir”.

İnterpress.az xəbər verir ki, bu barədə “Azattyk” radiosu yerli hökumət qurumlarından birinin əməkdaşına istinadən məlumat yayıb. Bildirilir ki, saatın qiyməti mövqeyindən asılı olaraq 430-860 dollar arasında dəyişir.

Türkmənistanda keçmiş prezident və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təsvir olunduğu portret və bannerlərə hər yerdə rast gəlmək olar.

“Məktəb və kənd tibb məntəqələrinin direktorları və müdirləri 1500 manata, hüquq-mühafizə orqanlarının rəhbərləri, xəstəxanaların baş həkimləri və digər iri dövlət qurumlarının rəhbərləri isə 3000 manatlıq saat almağa məcbur olacaqlar”, – deyə vəziyyəti bilən yerli hökumət orqanlarından olan əməkdaş bildirib.

Azadlıq Radiosu dörd hədiyyə saat nümunəsinin fotoşəkillərini əldə edib. Saatlardan birinin siferblatında Berdıməhəmmədovun ata və oğlunun fotoşəkilləri var. Sağda Qurbanqulu Berdiməhəmmədovun qırmızı qalstukda, solda isə Serdar Berdiməhəmmədovun qara qalstukda fotosu var. Saatın 12:00-ı göstərdiyi yuxarıda Türkmənistanın dövlət bayrağı, saat 6:00-da isə ölkənin xəritəsinin silueti var.

Digər xatirə saatlarında isə yalnız Serdar Berdiməhəmmədov və xəritənin silueti əks olunub, digərində dövlət bayrağı prezidentin şəklinin yanında, aşağıda isə Türkmənistanın xəritəsi yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla