AZ

Hakimiyyət bu prosesə nəzarəti itirərsə, bu, hökumətin özü üçün təhdid yaradacaq – Politoloq

İstənilən aksiya əgər nəzarətdən çıxarsa, bu təbii ki, hökumət üçün böyük problemlər yaradır.

Bu fikirləri Herbiand.az-a politoloq Vaqif Hüseyn söyləyib. Politoloqun fikrincə, Ermənistanda həmişə radikal düşünən insanlar olub:

“Revanşistlər həmişə var. Onların da əsas problemi heç də Qarabağ deyil. Delimitasiya və demarkasiya məsələləri deyil. Onların problemi Paşinyandır və Qarabağ məsələsi Paşinyanı devirmək üçün sadəcə olaraq bir bəhanədir. Ona görə də bu məsələnin ümumi sülh prosesinə əngəl olub-olmayacağını dəqiq demək mümkün deyil”.

Politoloqun fikrincə, Ermənistanda baş verən aksiyalar kütləvi hal almayıb:

“Ermənistanda baş verən aksiyalar bu gün Paşinyan iqtidarına qarşı minlərlə insanı arxasına alıb. Bu da təhdid yarada biləcək durum deyil. Amma əgər proses nəzarətdən çıxarsa, yəni hakimiyyət bu prosesə nəzarəti itirərsə, təbii ki, bu, hökumətin özü üçün təhdid yaradacaq. Eyni zamanda revanşistlərin hakimiyyətə gəlməsi üçün bir vəsilə olacaq. Bununla da sülh prosesinin müəyyən mərhələsi ola bilər ki, ləngisin”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla