AZ

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

“Bizim üçün əla qələbə oldu. Liqada yerimizi təmin etdik. Bu, bütün fanatlar və komanda üçün əladır” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Junior Martins deyib.

Braziliyalı oyunçu Misli Premyer Liqasının 32-ci turunda “Qəbələ”ni 1:0 udduqları və çempionatda yerlərini təmin etmələrinin rəsmiləşdiyi oyun barədə danışıb: “Biz çempionata pis başlamışdıq. Amma Allaha təşəkkür edirəm ki, “Kəpəz” liqada qaldı”.

Martins növbəti mövsümdə daha yaxşı olacağına inandığını açıqlayıb: “Növbəti mövsüm daha yaxşı olacaq. Biz daha çox çalışacağıq və daha yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik. Bu mövsümün sonuna doğru etdiklərimizi davam etdirməyə çalışacağıq”.

Yarımmüdafiəçi qarşıdakı “Sumqayıt”la matçdan da söz açıb: “Bu ay 4 oyunumuz var. Fokuslanmışıq ki, qələbə qazanaq. Hər oyun qələbə qazanmaq istəyirik”.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla