AZ

İsveçrədən çağırış: Rusiya Ukrayna sammitində iştirak etməlidir

İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd 15-16 iyun tarixlərində Ukrayna Sülh Sammitinə ev sahibliyi edəcəklərini açıqlayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı X sosial media platformasında paylaşım edib.

Dünya liderlərini ilk Ukrayna Sülh Sammitinə dəvət etməkdən şərəf duyduğunu deyən Amherd tədbirin iyun ayında Nidvalden kantonunun Bürgenstok şəhərindəkeçiriləcəyini qeyd edib.

“Gəlin sülh yoluna doğru Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsaslanan dialoqu inkişaf etdirək. Dinc gələcəyin qurulmasının açarı qlobal əməkdaşlıqdır" - deyə o, bildirib.
İsveçrə Xarici İşlər Nazirliyindən verilən açıqlamada sammitə dünyanın müxtəlif ölkələrindən 160-dan çox nümayəndə heyətinin dəvət edildiyi bildirilib.

Qeyd olunub ki, sammitin ümumi məqsədi BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan sülh təkliflərini müzakirə etmək və gələcəkdə Ukraynada sülh prosesinə töhfə verməkdir.

Bəyanatın sual-cavab hissəsində Rusiyanın hazırkı mərhələdə sammitə dəvət olunmadığı bildirilib:

“İsveçrə Rusiyanı bu sammitə dəvət etməyə hər zaman açıq olub. Bununla belə Rusiya sammitdə iştirak etməkdə heç bir marağı olmaması barədə dəfələrlə ictimaiyyətə açıqlama verib. İsveçrə isə Rusiyanın bu prosesə cəlb edilməli olduğuna inanır və onsuz sülh prosesini təsəvvür etmir”, - deyə bəyanatda bildirilir.

Vasif
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla