AZ

"OPEC+" neft ixtisarının uzadılmasını nəzərdən keçirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

"OPEC" və "OPEC+" qrupları tələb olmadığı təqdirdə neftin ixtisarını davam etdirəcək.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və birlikdə fəaliyyət göstərən ölkələr tərəfindən yaradılan "OPEC+" qrupu iyun ayından sonra gündəlik neft hasilatının könüllü 2,2 milyon barel azaldılmasının uzadılmasına dair rəsmi danışıqlara hələ başlamasa da, bəzi mənbələr tələbin bərpa olunmaması halında hasilatın azaldılmasına davam edə biləcəklərini açıqlayıb.

Xatırladaq ki, "OPEC+" 2022-ci ilin sonundan etibarən ABŞ və digər qeyri-üzv istehsalçıların hasilatı artdıqca bir sıra ixtisar tədbirləri görməyə başlayıblar. "OPEC" məsələ ilə bağlı şərh bildirməsə də, hasilat siyasətini müəyyən etmək üçün "OPEC+"ın iyunun 1-də Vyanada görüşəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla