AZ

Elcan Hacıyev: “Səid Mollayini qabaqlayıb Olimpiadaya gedəcəyimə inanırdım” - VİDEO

“81 kq-da medal qazanmışdım. Xalım var idi”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev (90 kq) deyib.

Avropa çempionu bildirib ki, çəki dərəcəsini gtec dəyişdiyi üçün peşmandır: “81 kq-da Səid Mollayi kimi güclü cüdoçu olsa da, özümə güvənirdim. Onu qabaqlayıb Olimpiya Oyunlarına gedəcəyimə inanırdım. Mənim üçün problem çəkim oldu. Yaşımla əlaqədar inkişaf getdiyi üçün görürdüm ki, çəkim 92-93 kq-a qalxıb. Ondan sonra 81 kq-a düşmək çox çətin olurdu. Son yarış özümü çox pis etdim. Məşqçilərimlə qərara gəldik ki, 90 kq-a qalxmalıyam. Bunu məcburiyyətdən etdim. Peşmanam. İndiki çəkidə özümü çox rahat hiss edirəm”.

Hacıyev dünya çempionatında gözləntilərini də açıqlayıb: “Avropa çempionu olmuşamsa, deməli dünya çempionu da ola bilərəm. Heç bir şey əlçatmaz deyil. Asiya ölkələri istisna, eyni rəqiblər olacaq. Özümə çox inanıram. Tək mən yox, komandamızda bu tilsimi qıracaq uşaqlar çoxdur. İnşallah, dünya çempionatında medal sayımız çox olacaq”.

Qeyd edək ki, dünya çempionatı mayın 19-24-də BƏƏ-nin paytaxtı Abu-Dabi keçiriləcək.

Emin Ağa
İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla