AZ

İƏİT Türkiyənin 2024-cü il üzrə artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Türkiyə iqtisadiyyatının 2024-cü il üzrə artım proqnozunu yuxarı çəkib.

Banco.az xəbər verir ki, fevral ayında Türkiyə iqtisadiyyatının 2024-cü ildə 2,9 faiz artacağını proqnozlaşdıran İƏİT bu proqnozunu 3,4 faizə yeniləyib.

2025-ci il üçün artım proqnozunu isə 3,2 faiz səviyyəsində saxlayıb.

İƏİT Türkiyədə orta inflyasiyanın 2024-cü ildə 55,5 faiz, 2025-ci ildə isə 28,9 faiz olacağını proqnozlaşdırıb. Təşkilat 2024 və 2025-ci illərdə baza inflyasiyanın isə orta hesabla 57,5 ​​faiz və 28,7 faiz olacağını gözləyir.

Hesabatda Türkiyə ilə bağlı edilən qiymətləndirmədə ölkədə maliyyə şərtlərinin sərtləşməsi və inflyasiyanın alıcılıq qabiliyyətinə mənfi təsirinin ev təsərrüfatlarının istehlakını azaldacağı ifadə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla