AZ

Aktivistlər məhbus Əbdüləziz Əzimi Qədimin ailəsinə baş çəkib

Güney Azərbaycan milli hərəkatının aktivistlərindən bir qrupu mübariz ruhani hüccət-ül-islam Əbdüləziz Əziminin ailəsi ilə görüşüblər.

Davud Şiri, İbrahım Eyvazzadə, Əli Babai, Cavad Sudbər, Əli Şadi, Vəhid Əbhəri və bir neçə digər güneyli aktivistlər görüş zamanı Əbdüləziz Əziminin haqlı mübarizəsini dəstəkləyiblər. 

Görüş edən aktivistlərdən bir neçəsi barələrində açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər bir müddət əvvəl müvəqqəti azad olanlardır. 

Xatırladaq ki, hüccət-ül-islam Əbdüləziz Əzimi Qədim Azərbaycanın hüquqlarının müdafiəsi uğrunda illərdir mübarizə edən və qabaqcıl aktivistdir. 

O, hal hazırda bir neçə aydır ki, Tehran şəhəri Evin Həbsxanasında saxlanılır.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla