AZ

İran rəsmisi qazan ixracatından danışdı

Tehranda keçirilən “İran Expo” sərgisində İranın sənaye nazirinin müavini Məhəmməd Mehdi Bəradəraninin qazanla çəkilən fotosu istehzaya səbəb olub.

Bu barədə İran mediasında, o cümlədən sosial şəbəkələrdə yazılar dərc edilib.

Media fəalları ölkənin qazan ixracatı ilə fəxr etməsini və nazir müavininin bunu uğur kimi qələmə verməsini “strateji məhsul: sirli qazan ixracı” başlığı ilə yayıblar.

Nazir müavini isə belə yanaşmanı “ixrac məhsuluna sarkazm” adlandıraraq, tənqidçiləri məntiqsizlikdə ittiham edərək qeyri-adi cavab verib:

"Ölkəyə qaçaq yollarla qazan idxalatı ayıb olmadığı halda, bizim qazan ixracatımız niyə tənqid olunur",- Məhəmməd Mehdi Bəradərani narahatlığını ifadə edib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla